AZ

SON DƏQİQƏ ŞOKU – Qurban Qurbanov onu əsas komandadan uzaqlaşdırdı

“Qarabağ”ın “Nyukasl”a məğlub olduğu (1:6) oyundan sonra Qurban Qurbanovun səbr kasası daşıb.

Sportinfo.az xəbər verir ki, ölkənin ən nüfuzlu futbol məşqçisi belçikalı legioneri əsas komandadan uzaqlaşdırıb.

Həmin futbolçu Sami Mmaeedir.

Qurbanovun qərarının arxasında dayanan konkret səbəbi müəyyənləşdirməkdə çətinlik çəksək də, Saminin “Nyukasl”la qarşılaşmanın ilk yarısında Bəhlul Mustafazadənin zədələnməsindən sonra özünün yox, Bədavi Hüseynovun meydana çıxmasına etiraz erməsinə görə baş məşqçinin sərt üzünü gördüyünü ehtimal edirik.

Mmaee “Qarabağ-2”nin məşqlərinə qoşulub ki, “Zirə-2” ilə matçda meydana çıxacaqları gözlənilir.

Belə olduğu halda Nyukasla səfər edən heyətdə olacağı inandırıcı görünmür.

Fevralın 23-də Binə qəsəbə stadionunda keçiriləcək “Zirə-2” – “Qarabağ-2” qarşılaşması saat 14:30-da start götürəcək.

HƏBİB

Seçilən
21
2
sportinfo.az

3Mənbələr