AZ

İran “Hizbullah”ı da ABŞ və İsraillə müharibəyə hazırlayır - SEPAH zabitləri Livana göndərildi…



İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda “Hizbullah” üzərində nəzarəti ələ keçirib və təşkilatı ABŞ və İsraillə potensial müharibəyə hazırlayır.

“Al-Arabiya” “Hizbullah”a yaxın mənbələrə istinadən xəbər verir ki, SEPAH zabitləri İsrail hücumları nəticəsində xeyli zəifləmiş təşkilatın hərbi potensialını bərpa etmək üçün Livana göndərilib.

İsrailin Livanın Bekaa Vadisini hədəf alan və ən azı 12 nəfərin ölümünə, 50 nəfərin yaralanmasına səbəb olan hücumu zamanı ölənlər arasında yüksək vəzifəli “Hizbullah” rəsmisinin də olduğu bildirilir. Qeyd edilir ki, hücum zamanı İran zabitlərinin “Hizbullah”ın bölgədəki raket bölməsinin üzvləri ilə görüşü keçirilirmiş.

Bildirilir ki, İsrail Livana qarşı genişmiqyaslı hərbi hücuma başlaya bilər.

TAHİR

Seçilən
12
baki-xeber.com

1Mənbələr