Müğənni Müjgan Ayxan "Sualdan qaçma!" yutub layihəsində şəxsi həyatı ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, veriliş zamanı aparıcı Nigar Fərhad ifaçının cavablarına təəccübünü gizlədə bilməyib.
Sənətçi ona verilən ən bahalı hədiyyənin "Porsche" markalı avtomobil olduğunu açıqlayıb:
"Mənə verilən ən bahalı hədiyyə 'Porsche' markalı avtomobil olub. Layiqli idim, elə olmalı idi. Ərimdən ayrılandan sonra həyatımda olan ilk insan idi. O, məni araşdırmışdı ki, mən hansı maşından düşmüşəm".
Müjgan maddi imkan və həyat tərzi ilə bağlı da maraqlı fikirlər səsləndirib. O, bəzi xanımların efirdə geyimlərinin baha olduğunu deməsini tənqid edərək bunları deyib:
"Qadın var efirdə geyimlərinin bahalığından danışır, baxırsan ki, 70 manatdır qiyməti. Özüm 50 manata geyim almışdım, fotomu paylaşdım, hamı soruşdu haradandır? İnsan daşımağı bacarmalıdır".
İfaçı münasibətlərdə maddi məsələlərə yanaşmasını da açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, qadın kişinin qarşısında nəsə istəməməlidir:
"Qadın kişidən pul istəməli deyil. Mən bəydən nə isə istədimsə, o kişi gözümdən düşür. Kişi özü verməlidir. Məsələn, bu gün nə planım var, yaxud ad günümü qeyd edəcəyəm, paltarlar gələcək və s. O, artıq fikirləşir və lazım olan miqdarı özü göndərir".
Açıqlamalar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər sənətçinin fikirlərini dəstəkləsə də, digərləri münasibətlərdə maddi məsələlərin bu cür təqdim olunmasını tənqid ediblər.
Musa
Milli.Az