Sabah "Neftçi"nin əfsanəsi Anatoli Banişevskinin anadan olmasının 80 illiyi qeyd olunacaq.
Fanat.Az xəbər verir ki, bu gün klubun baş direktoru Cenk Sümer, baş məşqçi Yuri Vernidub, kapitan Emin Mahmudov, əfsanənin həyat yoldaşı İnna Banişevskaya, qızı Marina və klubun digər nümayəndələri Anatoli Banişevskinin məzarını ziyarət ediblər.
Məlumatı Bakı klubunun mətbuat xidməti yayıb.
Sümer klub əfsanəsinin xatirəsinə həsr olunmuş tədbirlər barədə Banişevskinin ailəsinə məlumat verib.