AZ

"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək  “Nyukasl” – “Qarabağ” matçı üçün hakim təyinatları açıqlanıb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyun italiyalı tanınmış hakim Davide Massaya tapşırıb.

Ona yan xətdə həmyerliləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Paireto yerinə yetirəcək. VAR-da Daniele Kiffi, AVAR-da isə Kristian Dingert (Almaniya) çalışacaq.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək. Komandaların Bakıda keçirilən ilk oyununda "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.

Seçilən
7
6
teleqraf.com

5Mənbələr