AZ

"Mançester Siti" almaniyalı üçün danışıqlara başladı

"Mançester Siti" heyətini "Ayntraxt"ın müdafiəçisi Nataniel Braunla gücləndirməyi planlaşdırır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "şəhərlilər" almaniyalının transferi üçün danışıqlara start verib.

Frankfurt təmsilçisi 22 yaşlı cinah müdafiəçisi üçün 65 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, “Ayntraxt” Nataniel Braunu 2024-cü ilin yanvarında “Nürnberq”dən 3 milyon avroya transfer edib.

Almaniya millisinin üzvü bu mövsüm hazırkı komandasında 30 matçda 3 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun müqavilə müddıti 2030-cu il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi

Seçilən
15
1
sportal.az

2Mənbələr