AZ

“Reuters”dən sensasion AÇIQLAMA: “ABŞ İranla razılığa gələcək”

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və İran martın əvvəlində gözlənilən dolayı danışıqlar zamanı aralıq razılaşmaya gələ bilərlər. Bizim.Media xəbər verir ki, bu barədə Reuters yüksək vəzifəli iranlı rəsmiyə istinadən məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Tehran və Vaşinqton sanksiyaların ləğvinin miqyası və mexanizmi ilə bağlı fərqli mövqelərə malikdir. İran nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində sanksiyaların aradan qaldırılmasını tələb edir.

Rəsmiyə görə, yeni danışıqlar martın əvvəlində planlaşdırılıb və tərəflər müvəqqəti razılaşma ehtimalını istisna etmirlər.Mənbə qeyd edib ki, Tehran yüksək səviyyədə zənginləşdirilmiş uranın bir hissəsinin ixracını, zənginləşdirmə səviyyəsinin azaldılmasını, həmçinin regionda uranın zənginləşdirilməsi üzrə konsorsium yaradılmasını nəzərdən keçirməyə hazırdır. Bunun müqabilində İran “dinc məqsədli nüvə zənginləşdirmə” hüququnun tanınmasını tələb edir.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
bizim.media

2Mənbələr