Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Fevralın 17-də Cenevrədə ABŞ və İran arasında növbəti danışıqlar həyata keçirildi. Donald Tramp bir ay zaman verib. Bir ay müddətində bu müzakirələr yekunlaşmalıdır. Orucluq başlayıb, ABŞ-da bir ay dedikdə bu orucluq ayı nəzərdə tutulub. Avropa televiziyalarında müsahibələrdə deyilir ki, müsəlmanların oruc ayının hörmətini saxlamaq üçün bu müddətdə müharibə olmaya bilər. Amma müharibə orucluq və ya məhərrəm ayına baxmır. Ola bilər ki, müharibə olsun.
ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xameneiyə yazdığı məktubla bir növ ultimatum verib. Donald Tramp məktubunda Xameneiyə yazmışdı ki, “gərək nüvə təsisatlarını yığışdırasınız və ballistik raketləri gücləndirməyəsiniz, əks halda müharibəyə hazırlaşın”. Tramp, “ya gərək təslim olasınız, ya da müharibə olacaq” deyirdi”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli fəal Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, İslam Cümhuriyyətində bəzi fanatik insanlar var ki, indiki rejimin zərərli olduğunu başa düşür və “bəlkə də müharibə yaxşıdır” deyə düşünürlər.
Maşallah Rəzmi
“İslam Cümhuriyyətinin Xarici İşlər naziri qonşu ölkələrlə danışıqlardadır. Çalışır ki, ABŞ-ı İrana hücum etməməyə razı salsınlar. Xameneinin "Amerika İrana hücum etsə, biz məcbur olacağıq ki, regionda olan Amerika bazalarını ballistik raketlərlə vuraq. İcazə verməyəcəyik ki, əvvəlki kimi gəlib bombardman edib getsinlər. Onlar bombardman etsələr, biz də onların bütün bazalarını vuracağıq" misalını gətirirlər”, -deyə Maşallah Rəzmi bildirib.
Maşallah Rəzminin ətraflı şərhini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.