AZ

“Mən Səudiyyə Ərəbistanına məxsusam!"

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Pro Liqasının 23-cü turunda “Əl-Həzm”lə oyunda iki qol vurub.

Publika.az xəbər verir ki, komandasının 4-0 hesabı ilə qalib gəldiyi oyundan sonra portuqaliyalı futbolçu gələcəyi ilə bağlı açıqlama verib.

İnsayder Fabritsio Romano Ronaldonun sözlərini sosial mediada sitat gətirib: “Mən Səudiyyə Ərəbistanına məxsusam. Burada oynamağa davam etmək istəyirəm. Bu, məni, ailəmi və dostlarımı qarşılayan ölkədir. Burada xoşbəxtəm və qalmaq istəyirəm”.

41 yaşlı Ronaldo bu mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 22 oyunda 20 qol vurub.

Seçilən
6
1
publika.az

8Mənbələr