AZ

Klebo ilk doqquzqat olimpiya çempionu oldu!

Norveçli xizəkçi Yohannes Klebo Qış Olimpiadalarında medal sayına görə rekordunu şərh edib.

"Football-plus.az" xatırladır ki, fevralın 15-də Norveç yığmasının heyətində estafet yarışının qalibi olan Klebo Qış Olimpiadaları tarixinə ilk doqquzqat çempion kimi düşüb:

“Uğurumla qürur duyuram. Bunu komanda yarışında qazanmağım daha önəmlidi. Zirvədə olmağımdan ləzzət almağa çalışıram, hələ bunun üzərində çox düşünəcəm. Amma indi bərpa olunmaq və komanda sprintinə hazırlaşmaq lazımdı”.

29 yaşlı idmançı doqquzqat olimpiya çempionu olmaqla yanaşı, 15 dəfə dünya çempionu olub, həmçinin onun hesabında Dünya kubokunda və çoxgünlük “Tur de Ski”nin əsas təsnifatında qazanılan 5 qələbə var.

Klebo əvvəlki rekordçular Börn Deli, Marit Byörgen və Ule-Eynar Byörndaleni geridə qoyub. Həmin idmançıların hərəsinin hesabında 8 qızıl medal var idi.
Seçilən
10
1
football-plus.az

2Mənbələr