AZ

İran İslam Respublikasının nüvə silahına sahib olmaması barədə İsrail 23 ildir xəbərdarlıq edir Video

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

“İran-İsrail arasındakı münaqişə 47 il əvvəl İslam Cümhuriyyəti yarananda başlayıb. Xumeyni bilirdi ki, dünyada müsəlmanların içində şiələr 10 faizdən çox deyil. Bütün dünyada müsaəlmanların 10 faizi şiədir. Müsəlmanların 90 faizi sünnidir. Xumeyni belə fikirləşirdi ki, İslam dünyası müsəlmanları İran Cümhuriyyətini müdafiə etməsi üçün elə bir siyasət irəli sürməlidir ki, müsəlmanlar ona "yox" deyə bilməsin. Xumeyni deyirdi ki, “müsəlmanların hərəsi bir kasa su töksə, İsraili sel aparar”. Dəfələrlə çıxışlarında deyirdi ki, “İsrail aradan götürülməlidir. Deyirdi ki, “İsrail regionda xərçəng xəstəliyidir, gərək kəsilib atılsın”. İsrail də öz təhlükəsizliyini qorumaq üçün İslam Cümhuriyyəti ilə mübarizəyə başladı”.

Bu barədə Bizimyol.info xəbər portalına günyli fəal Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, İran İraqla müharibə dövründə gizli şəkildə nüvə zənginləşdirməyə başlamışdı və aom bombası yaratmaq istəyirdi: “Bu, məlum olandan sonra 2003-cü ildə məlum oldu ki, İran mərkəz yaradıb və atom bombası düzəltməyə hazırlaşır. Həmin vaxt İsrail dedi ki, “İranın nüvə silahı olmamalıdır. 23 ildir İsrail deyir ki, İranın nüvə silahı olmamalıdır. Netanyahu hakimiyyətə gəldikdən sonra bu xəbərdarlığın sayı daha da artırılıb. İsrail 4 şərt qoyur”.

Maşallah Rəzmi

Maşallah Rəzminin İsrail-İran mövzusunda ətraflı şərhini Bizimyol.info xəbər portalının YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
bizimyol.info

1Mənbələr