AZ

Epşteynin son üzə çıxan QƏRİBƏ VİDEOları

ABŞ-də azyaşlılara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbs olunan və 2019-cu ildə həbsxanada ölü tapılan Ceffri Epşteynin işi ilə bağlı ictimaiyyətə açıqlanan sənədlər arasında yer alan bəzi video görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

xarici mediada yayılan xəbərlərə görə, sözügedən kadrlarda Epşteynin telefonla selfi videolar çəkdiyi və qeyri-adi mimika və dodaq hərəkətləri etdiyi görünür.

İddialara əsasən, görüntülər arxiv materialları arasında aşkarlanıb və sənədlərin araşdırılması zamanı üzə çıxıb. Videolarda onun kameraya yaxın planda baxaraq müxtəlif jestlər etməsi diqqət çəkib.

Sosial şəbəkə istifadəçiləri yayılan kadrlara fərqli reaksiyalar veriblər. Bəziləri bunu sadəcə qəribə davranış kimi qiymətləndirib, digərləri isə görüntülərin hansı kontekstdə çəkildiyi ilə bağlı suallar ünvanlayıblar.

Qeyd edək ki, Ceffri Epşteynin adı illərdir qalmaqallı cinayət işi ilə hallanır və onunla bağlı sənədlər mərhələli şəkildə ictimaiyyətə təqdim olunur. Son yayılan görüntülər də mövzu ətrafında müzakirələri yenidən "alovlandırıb".

Musa
Milli.Az

Seçilən
11
3
milli.az

4Mənbələr