AZ

Azərbaycan göndərir, Ermənistanda benzin ucuzlaşır: Ermənilər deyirlər ki...

“Gürcüstan İqtisadiyyat Nazirliyi bildirir ki, Azərbaycandan Ermənistana benzin ixracı üçün simvolik tranzit qiyməti müəyyən edib. Ermənistanın ərazi idarəçiliyi naziri buna görə Gürcüstana təşəkkür edib. Bu hal bir daha Azərbaycan benzininin iqtisadi deyil, siyasi bir hekayə olduğunu və məqsədinin Ermənistanda benzinin qiymətinin aşağı salınması olduğunu və bunun hökumətin təbliğatı üçün əsas dayağa çevrildiyini təsdiqləyir.

Publika.az xəbər verir ki, bunu politoloq Hakob Badalyan yazıb.

Politoloq iddia edib ki, iqtisadi proseslə məşğul olduğumuz halda, Gürcüstan niyə simvolik qiymət müəyyən edir?

“Niyə Gürcüstan Ermənistana gedən digər tranzitlər üçün eyni simvolik qiyməti müəyyən etmir? Və təbii ki, sual yaranır: bu məbləğ nə qədər simvolik olaraq qalmalıdır? Ermənistan seçkiləri bitənə qədər, yoxsa Ermənistan ictimaiyyəti Azərbaycana aid hər şeyə tam uyğunlaşana qədər?”, - politoloq bildirib.

Seçilən
12
2
publika.az

3Mənbələr