AZ

Şahbaz Xuduoğlu: Çox istərdim, ADY digər nəşriyyatları da bu layihəyə cəlb etsin

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı-Qazax, Bakı-Ağstafa və Bakı-Ağdam marşrutları üzrə hərəkət edən qatarlarda şənbə günləri sərnişinlərə kitablar təqdim olunur. Bu, Azərbaycan Dəmir Yolları QSC və “Parlaq İmzalar” Nəşriyyatının birgə layihəsidir. ADY-nin məlumatında qeyd olunur ki, bir kitab bəzən ən gözəl yol yoldaşıdır. ADY bu dəyəri paylaşmağa davam edir. 

“Qanun” Nəşriyyatının direktoru, ictimai xadim Şahbaz Xuduoğlu “Sherg.az”a açıqlamasında ADY-nin layihəsini təqdirəlayiq adlandırdı: 

- Çox istərdim, ADY digər nəşriyyatları da bu layihəyə cəlb etsin. Biz də məmnuniyyətlə bu layihədə iştirak edə bilərik. Bizim “Təkərli kitab dükanı” layihəmiz var və o, müxtəlif bölgələrə öz marşrutu üzrə hərəkət edir. Lakin Azərbaycan reallığında bu, kifayət etmir. Məncə, dəmir yolları ilə kitab səyahəti təşkil etmək, bölgələrə hazırda çox rahat avtobuslar işləyir, bu baxımdan bölgələrdə yeni kitabxanalar təşkil etmək cəmiyyətimiz üçün çox vacibdir. Dövlət qurumları təşəbbüs göstərməli, nəşriyyatlarla işləməlidirlər. Daha çox kitab nəşr olunsun, daha çox oxunsun və insanlar kitabla səyahət etsinlər. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
sherg.az

1Mənbələr