AZ

Rusiya ABŞ a məxsus fabriki də vurubmuş Sibiqa açıqladı

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Rusiya hərbi qüvvələri Ukraynanın Trostyanets şəhərində ABŞ şirkətinə məxsus “Mondelez” konfet fabrikinə raket zərbəsi endirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial media səhifəsində məlumat verib.

Onun sözlərinə görə, raket sənaye binalarından birinə dəyib.

Diplomat bildirib ki, Rusiya guya təkcə Ukraynanı deyil, həm də ABŞ-ın Avropa ölkələrindəki biznes maraqlarını hədəf alır:

“Moskva Amerikaya məxsus istehsal müəssisələrinə hücum edərkən Vaşinqtonla iqtisadi dialoqdan danışa bilməz”.

Qeyd edək ki, 22 fevral gecəsi Rusiya qüvvələri Ukraynadakı enerji və hərbi obyektlərə qarşı güclü birləşmiş silahlı hücum təşkil edib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
globalinfo.az

1Mənbələr