AZ

Tramp “UNO dosyesi”ni açacaq

“Truth” sosial şəbəkəsində paylaşdığı postda Tramp bu addımı “son dərəcə mürəkkəb, amma fövqəladə maraqlı və vacib məsələ” adlandırıb. Bildirib ki, verdiyi qərar mövzuya olan nəhəng ictimai maraqla bağlıdır.


Bir qədər əvvəl, fevralın 15-də ABŞ-nin keçmiş prezidentiBarak ObamapodkasterBrayan Tayler Kohenəmüsahibəsində demişdi ki,“haradasa oralarda yerdənkənar həyatın olması ehtimalı çox yüksəkdir”.Yada salaq ki, “haradasa oralarda” ifadəsi 90-cı illərdə çox məşhur olan “Məxfi materiallar” (“X-files”) serialına işarədir. Həmin serialın teqlaynı belə idi: “Həqiqət haradasa oralardadır” ( “The truth is over there” ).

Obama zarafatla əlavə etmişdi ki, prezidentliyi dövründə yerdənkənar sivilizasiyaların bizimlə təmas qurmalarına dair heç bir fakta rast gəlməyib. Bundan 4 gün sonra Donald Tramp Obamanın ixtiyarı olmadığı halda məxfi məlumatları açıqladığını bəyan edib: “O belə etməli deyildi. O böyük səhvə yol verib”.

Tariyel Həsənov
AzVision.az
Seçilən
12
1
azvision.az

2Mənbələr