AZ

Konor Makqreqor geri qayıdır: İrlandiyalı ulduzdan gözlənilməz rəqib açıqlaması

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

UFC tarixinin ən qalmaqallı və populyar simalarından biri olan Konor Makqreqor sükutu pozub. İki çəki dərəcəsində (66 və 70kq) sabiq çempion növbəti döyüşü və rəqibi barədə sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

İdman.Biz xəbər verir ki, "X" platformasında fikirlərini bölüşən irlandiyalı idmançı rəqibinin kimliyinin onun üçün önəmli olmadığını vurğulayıb.

"Növbəti rəqibim bəlkə də tanınmayan biri olacaq. Bilirsiniz ki, bu mənim üçün fərq etmir. Mən razıyam. Müqaviləni göndərin. Bu, Konor Makqreqorun sövdələşməsidir", - deyə döyüşçü bildirib.

Xatırladaq ki, Makqreqor sonuncu dəfə 2021-ci ilin iyulunda UFC 264 turnirində amerikalı Dastin Porye ilə qarşılaşıb və həmin döyüşdə ayağından aldığı ağır zədə səbəbindən texniki nokautla məğlub olub. Peşəkar karyerasında 22 qələbəsi və altı məğlubiyyəti olan idmançının növbəti döyüşünün Ağ Evdə (Ağ Ev) keçiriləcək xüsusi bir turnir çərçivəsində baş tutacağı barədə şayiələr gəzir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr