AZ

"Qara adamlara qızıl daha çox yaraşır" - VİDEO

Müğənni Kəmalə Günəşlinin qonaq olduğu televiziya verilişində zinət əşyaları ilə bağlı açıqlamaları ilə diqqət çəkib.

sənətçi xüsusilə qızıl aksesuarları barədə söylədiyi fikirlərlə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

İfaçı bildirib ki, qızıl zinət əşyalarının arxasınca qaçan tərəf olmayıb:

"Qızıllarımın arxasınca getməmişəm. Qara qızın yanına özü "gəlib"".

Kəmalə Günəşli daha sonra zarafatla əlavə edib ki, tünd dərili insanlara qızıl daha çox yaraşır:

"Həm də rəngim qaradır, qara adamlara qızıl daha çox yaraşır".

Onun bu fikirləri studiyada gülüşlə qarşılansa da, sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. İzləyicilərin bir qismi müğənninin sözlərini yumor kimi qəbul edib və özünəinamlı çıxışını bəyəndiyini bildirib. Digər qisim isə ifadələrin fərqli yozula biləcəyini qeyd edərək mövzu ətrafında fikir mübadiləsi aparıb.

Musa
Milli.Az

Seçilən
13
1
milli.az

2Mənbələr