Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bu gün məlum olacaq.

Offsideplus.az xəbər verir ki, həlledici matçda "Sabah" və "Gəncə" qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında baş tutacaq və 17:00-da başlayacaq.

Qeyd edək ki, hər iki komanda kuboku daha əvvəl başı üzərinə qaldırmayıb.