AZ

Vitkoffdan sensasion iddia: İran bir həftəyə atom bombası əldə edəcək

ABŞ İranın uran zənginləşdirməsindən imtina etməsində qərarlıdır.

Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Fox News-a verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, bu, Vaşinqtonun danışıqlardakı “qırmızı xətti”dir: “Oraya (İranla danışıqlara – red.) getməzdən əvvəl Prezident Donald Tramp mənə və Cared Kuşnerə təlimatlar verdi, qırmızı xətləri qeyd etdi – zənginləşdirmə yoxdur, bütün materialları (zənginləşdirilmiş uran – red.) çıxarmalıyıq”.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, bir həftə ərzində Tehran nüvə bombası üçün lazım olan səviyyəyə qədər zənginləşdirilmiş urana sahib olacaq. Vitkoff əlavə edib ki, ABŞ Prezidenti İranın böyük Amerika hərbi qüvvələrinin Yaxın Şərqə yerləşdirilməsinin yaratdığı təzyiqə baxmayaraq “təslim olmamasından” təəccüblənir.

Musavat.com

Seçilən
12
editor.az

1Mənbələr