AZ

43 il televiziyada çalışmışam, indiki durum heç zaman olmayıb NAİLƏ İSLAMZADƏ

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xüsusilə son zamanlar televiziyaların vəziyyəti daha da aktualdır. 

Belə ki, sadə insanlardan tutmuş hətta bir çox məşhurlar tərəfindən əksər verilişlər tənqid edilir. 

Tənqidlər daha çox verilişlərə dəvət edilənlər və onların qeyri-etik hərəkətləri ilə bağlı olur. 

Gununsesi.info xəbər verir ki, aparıcı, diktor Nailə İslamzadə də televiziyaların vəziyyəti ilə bağlı narazılığını dilə gətirib.

O bildirib:

“Bir neçə televiziya kanalının verilişləri mütəmadi olaraq istedadı, səsi olmayan müğənniləri dəvət edirlər. Veriliş boyu özləri səviyyədə başqa müğənnilərin qeybətini edirlər, o verilişlərin aparıcıları da onları qızışdırır, ki, daha çox qalmaqal yaransın. Mən 43 ildir televiziyada çalışmışam, indiki durum heç vaxt olmayıb”, – deyə o qeyd edib.

Aparıcı o cümlədən deyib:

“Televiziya sadəcə ekran deyil, kollektiv şüurun laboratoriyasıdır. Orada nəyi göstərirsənsə, sabah cəmiyyət onu təkrar edir. Qalmaqal reytinq gətirə bilər, amma reytinq mədəniyyət deyil. Qeybət emosiyanı qızışdırır, amma zövqü tərbiyə etmir. Əgər efir meydanı səsi, sənəti, zəhməti olmayanların bir-birini aşağıladığı platformaya çevrilirsə, bu artıq əyləncə yox, estetik deqradasiyadır.

Həmişə demişəm, indi də deyirəm, televiziya kazino deyil. Dəyər itirərək qazanılan pul, əslində, itkidir. Ölkədə maariflənməyə məsul olan hər kəs, xüsusən media rəhbərləri, bunun məsuliyyətini ciddi düşünməlidir. Bəzən tamaşaçılar 30-40 il əvvəl çəkilmiş verilişlərin videosunu heyranlıqla izləyirlər. Bəs indi bəzi kanallar 30-40 il sonra nə yaratmışdıq, nə ilə yadda qaldıq deyəcəklər?

Cəmiyyətin zövqü təsadüfi formalaşmır; onu ya yüksəldirlər, ya da ucuzlaşdırırlar. Ekran gələcəyin güzgüsüdür, orada nə göstəririksə, sabah onu yaşayacağıq”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
icma.az

1Mənbələr