UFC-nin növbəti döyüş gecəsi Hyustonda baş tutub.

Offsideplus.az xəbər verir ki, gecənin əsas döyüşündü Şon Striklend və Entoni Hernandes üz-üzə gəlib.

Striklend 3-cü raundda rəqibini nokaut edib.

O, döyüşdən sonra Xamzat Çimayevə meydan oxuyub:

"Orta çəkidə cəmi bir dəfə döyüşmüsən və indi daha asan döyüş üçün çəki yüksəldirsən. Etdiyi şey tam olaraq budur: daha zəif rəqiblə döyüşmək üçün yuxarı çəkiyə çıxmaq. 93 kilo hazırda çox zəifdir, ona görə də “gedim İrji ilə döyüşüm” deyir. Açıq-aydın özünə ən asan yolu seçir. İki çəki dərəcəsində çempion filan deyilsən, kəməri cəmi bir dəfə qazanmısan. Əgər UFC bu istəyini qəbul etsə, bu tam biabırçılıq olar. Ümid edirəm ki, qəbul etməzlər".