AZ

Harri Keynin “Barselona”transferi gündəmdədir

"Barselona"nın prezidentliyinə namizəd Xavi Vilajoana martın 15-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə "Bayern Münhen"in ulduzu Harri Keyni transfer etmək istədiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, "La Masia"nın sabiq direktoru olan Vilajoana ingiltərəli forvardın kataloniyalıların oyun fəlsəfəsinə mükəmməl uyğunlaşacağını düşünür. O, Keynin profilinin "La Masia" akademiyasında yetişdirilməsi çətin olan bir nümunə olduğunu vurğulayıb.

"Keyn əsas variantlardan biridir. Onu nümunə çəkirəm. O, çox yaxşı qolçudur, böyük istedada malikdir. Oyunu qurmağı bacarır, dərindən hücumlar təşkil edir və dar məkanlarda oynaya bilən nadir futbolçulardandır. Onun bir çox bacarığı "Barselona"nın oyun üslubunu tamamlayır", - deyə namizəd söyləyib.

Qeyd edək ki, Vilajoana seçki marafonunda Joan Laporta və Viktor Font kimi güclü rəqiblərlə mübarizə aparır.

İdman.Biz
Seçilən
9
1
idman.biz

2Mənbələr