AZ

AAYDA əməkdaşları peşə bayramlarını qeyd edirlər - FOTOLAR

22 fevral – Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirlinin rəhbərliyi ilə agentliyin kollektivi Fəxri xiyabanı ziyarət edib.


Manset.az xəbər verir ki, kollektiv xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra agentliyin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib.

Seçilən
12
1
manset.az

2Mənbələr