Azərbaycanın tanınmış vəkili Əfqan Məmmədov 68 yaşında vəfat edib.
Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
Əfqan Məmmədov uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib.
Mərhum Bakıda dəfn olunacaq.
Qeyd edək ki, Ə.Məmmədov uzun illər istintaq orqanlarında müstəntiq kimi çalışıb, sonradan fəaliyyətini vəkil kimi davam etdirib.
O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev və bir çox tanınmış şəxslərin vəkili olub.
Telegram kanalımız