“Marsel”in baş məşqçi vəzifəsi ilə bağlı problem aradan qalxıb. Bu vəzifəyə Habib Beye təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, “Renn”dən ayrılaraq Fransanın ən titullu klublarından birinə yollanıb. Seneqallı mütəxəssis bir neçə gün əvvəl “Marsel” ilə müqaviləsi pozulan Roberto Di Matteoya xələf olub. Beyenin ölkə nəhəngi ilə imzaladığı müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Onun yeni komandası hazırda Liqa 1-də 22 oyuna 40 xalla 4-cü yeri tutur.
Yeri gəlmişkən, Liqa 1-də ardıcıl üç məğlubiyyətdən sonra Beyeni istefaya göndərən “Renn” yeni baş məşqçisinin adını açıqlayıb. Komandanı bundan sonra Frank Ez çalışdıracaq. 54 yaşlı mütəxəssis ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Ez buna qədər Fransanın digər komandalarında – “Lans” və “Nitsa”dakı fəaliyyəti ilə tanınırdı.
Maraq üçün xatırladaq ki, Beyenin baş məşqçi postundan ayrılmasından sonra əvəzedici heyətin məşqçis Sebastyan Tamburenin rəhbərliyi altında meydana çıxan “Renn” sonuncu turda PSJ-ni 3:1 hesabı ilə məğlub edərək gözlənilməz qələbə qazanıb.
Hazırda Fransa çempionatının turnir cədvəlində 6-cı yeri tutan “Renn” növbəti oyunu fevralın 22-də səfərdə “Oser”ə qarşı keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta