AZ

Avstraliya İŞİD lə əlaqəli şəxslərin ailələrinin geri qaytarılması barədə yeni məlumat yayıb

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Avstraliyanın mərkəz-sol hökuməti bazar günü yerli mediada yayılan, Suriyadakı düşərgədə saxlanılan və İŞİD-lə əlaqəli şəxslərin ailə üzvləri olan avstraliyalıların ölkəyə geri qaytarılması üzərində işlənildiyi barədə məlumatı rədd edib.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, Şimali Suriyadakı düşərgədən bazar ertəsi azad edilən 34 qadın və uşaq texniki səbəblərə görə yenidən saxlanma mərkəzinə qaytarılıb. Qrupun əvvəlcə Dəməşqə, daha sonra isə Avstraliyaya yola düşəcəyi gözlənilir. Bu məsələ hakim və müxalifət partiyalarından olan bəzi deputatların etirazına baxmayaraq gündəmdədir.

Bu gün daxili işlər naziri Toni Börk Sunday Telegraph qəzetində yayımlanan xəbərdə səsləndirilən iddiaları təkzib edərək, qrupun geri qaytarılması üçün rəsmi hazırlıqların aparılması barədə deyilənlərin doğru olmadığını bildirib.

“Həmin məlumatda iddia olunur ki, biz repatriasiya həyata keçiririk. Bu doğru deyil”, – deyə Börk Australian Broadcasting Corp telekanalına açıqlamasında bildirib.

Avstraliyanın baş naziri, Leyboristlər Partiyasının lideri Entoni Albaniz isə bu həftə hökumətinin həmin qrupun Avstraliyaya qayıtmasına kömək etməyəcəyini bildirib.

İŞİD üzvlərinin ailələrinin geri qaytarılması Avstraliyada siyasi mübahisə mövzusuna çevrilib. Ölkədə sağçı, miqrasiyaya qarşı mövqeyi ilə tanınan və Polin Hansonun rəhbərlik etdiyi One Nation Partiyasının populyarlığı artmaqdadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
apa.az

4Mənbələr