AZ

“Real”ı 15 ildən sonra məğlub etdilər

“Osasuna” İspaniya çempionatının XXV turunda “Real”ı 2:1 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, Pamplona şəhərində baş tutan matçda meydan sahiblərinin qollarını Ante Budimir (38-ci dəqiqə, penalti) və Raul de Haro (90) vurub.

Qonaqların heyətində isə Vinisius (73) fərqlənib. “Real” son 15 ildə ilk dəfə “Osasuna”ya məğlub olub. Bundan əlavə, Madrid klubu 12 yanvardan komandaya rəhbərlik etməyə başlayan Alvaro Arbeloanın rəhbərliyi altında İspaniya çempionatında ilk məğlubiyyətlə üzləşib. “Real” yarışda ardıcıl səkkiz oyunda qalib gəlib.

“Real” 25 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir. “Osasuna” 33 xalla doqquzuncu yerdədir.

Seçilən
6
1
msport.az

2Mənbələr