AZ

Bu gün Misli Premyer Liqasında bu oyunlar keçiriləcək

Bu gün Misli Premyer Liqasında 21-ci tura yekun vurulacaq.

News365.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə “İmişli” “Şamaxı”nı qəbul edəcək. Qubada keçiriləcək görüş saat 16:30-da başlayacaq. Komandaların ilk dövrədəki oyununda “Şamaxı” 1:0 hesabı ilə qalib gəlib.

Günün son oyununda isə “Sabah” “Kəpəz”i qəbul edəcək. Masazırda keçiriləcək oyunun start fiti saat 17:00-da veriləcək. Bu komandaların ilk dövrədəki qarşılaşmasında “Sabah” 3:1 hesablı qələbə qazanıb.

22 fevral (bazar)

14:30. “İmişli” – “Şamaxı”

Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Quba OİK stadionu

17:00. “Sabah” – “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Əli Əliyev

AVAR: Kamran Bayramov

“Bank Respublika Arena”.

Seçilən
21
news365.az

1Mənbələr