AZ

“Sirab Satış və Dağıtım” MMC-nin dövlətə 87 min manatdan çox vergi borcu üzə çıxıb

“Sirab Satış və Dağıtım” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə böyük miqdarda vergi borcu olduğu məlum olub.

32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda dövlət büdcəsinə olan vergi borcu 87 760,97 manat təşkil edir.

Bildirək ki, nizamnamə kapitalı 1 milyon 400 min 10 manat olan "Sirab Satış və Dağıtım" MMC-nin qanuni təmsilçisi Mehmet Alper Yaycılıdır. O Türkiyənin məşhur iş adamlarındandır.

Belə ki, "Yaycılı qardaşları" Türkiyədə yetərincə tanınan bir şirkətdir. Şirkətin əsası İğdırda qoyulub. Şirkətin əsasını qoyanlardan biri isə iş adamı İshaq Yaycılıdır. Mehmet Alper Yaycılı isə onun oğludur. 

Ayaz


Seçilən
14
1
azia.az

3Mənbələr