AZ

Türkiyədə deputat itkin uşaqlar məsələsini araşdırır

Türkiyəli deputatı Selcan Taşçı hökumət üzvlərinə rəsmi sorğu göndərərək amerikalı maliyyəçi Ceffri Epşteynin şəbəkəsinin Türkiyə ilə mümkün əlaqələrinin olub-olmadığını araşdırmağı tələb edib.

AzEdu.az xəbər verir ki, deputat müdafiə, daxili işlər, ədliyyə, xarici işlər və nəqliyyat nazirlərinə ünvanladığı suallarda Epşteynin şəxsi təyyarəsinin Türkiyəyə, o cümlədən İncirlik aviabazasına uçub-uçmadığı, sərhəd və pasport qeydlərində onun şəbəkəsi ilə əlaqəli şəxslərin giriş-çıxışlarının olub-olmadığı barədə məlumat istəyib.

O, həmçinin ölkədə itkin düşmüş uşaqların sayı və xüsusilə 2023-cü il zəlzələlərindən sonra vəziyyətlə bağlı yenilənmiş statistikanın açıqlanmasını tələb edib.

Hazırda rəsmi qurumlar tərəfindən Epşteyn iddiaları ilə Türkiyədəki itkin uşaq halları arasında birbaşa əlaqə təsdiqlənməyib. Nazirlərin parlament qaydalarına əsasən 15 iş günü ərzində cavab verməsi gözlənilir.

Seçilən
5
2
azedu.az

3Mənbələr