AZ

Münasibətlərdə gizli risk – Bu bürclər xəyanətə meyllidir

Astrologiya və münasibət dinamikaları ilə bağlı sosial mediada ən çox müzakirə olunan mövzulardan biri bürclər arasındakı sədaqətdir.

“Yeni Sabah” partnyoruna qarşı ən çox sədaqətsizlik göstərən ilk 3 bürcü təqdim edir:

1. Xərçəng bürcü ən çox xəyanət hallarında adı çəkilən bürc kimi diqqət çəkib. Bu bürcün nümayəndələri emosional baxımdan olduqca həssas və güvənsiz ola bilərlər. Bu səbəbdən münasibətlərində daim şübhəli davrana, partnyorlarına qarşı güvənsizliklərini idarə etməkdə çətinlik çəkə bilərlər. Bu vəziyyət isə xəyanətə meyliyə səbəb ola bilər.

2. Şir bürcü münasibətlərdə sədaqətsizliklə ən çox adı hallanan ikinci bürc olub. Şirlərin heyranlıq və diqqətə olan ehtiyacları onları cazibələr qarşısında zəif edə bilər və nəticədə partnyorlarına xəyanət edə bilərlər.

Lakin özlərini dəyərli və sevilmiş hiss etdikləri xoşbəxt və məmnun münasibətdə olan Şir bürcləri partnyorlarına qarşı son dərəcə sadiqdirlər.

3. Oğlaq soyuqqanlılığı ilə tanınsa da, xəyanət statistikasında üçüncü sırada yer alıb. Oğlaqlar qayğısız və bəzən laqeyd təbiətə malik olduqları üçün xəyanəti böyük hadisə hesab etmirlər. Xəyanət edərkən peşmanlıq hiss etməz, davranışlarının başqalarının həyatına necə təsir etdiyini düşünməzlər. Qarşı tərəfin addımlarını təxmin etməkdə olduqca bacarıqlı olduqları üçün uzun müddət yaxalanmadan xəyanət edə bilərlər.

Oğlaqlar adətən emosional deyil, fiziki məmnuniyyət axtarırlar.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
12
50
yenisabah.az

10Mənbələr