AZ

Misli Premyer Liqasında daha 2 oyun keçiriləcək

Bakı. Trend:

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXI turun daha 2oyunu keçiriləcək.

Trend-inməlumatına görə, günün ilk matçında “İmişli” “Şamaxı”nı qəbuledəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaqqarşılaşma saat 14:30-da başlayacaq. Hazırda “İmişli” 19 xalla9-cu, “Şamaxı” isə 24 xalla 8-ci pillədə qərarlaşıb.

Günün son oyununda “Sabah” öz meydanında “Kəpəz”lə qarşılaşacaq.“Bank Respublika Arena”da keçiriləcək görüş saat 17:00-da startgötürəcək. 49 xalı olan Bakı klubu turnir cədvəlinə başçılıq edir.Gəncə təmsilçisi isə 13 xalla 11-cı sırada yer alıb.

Qeyd edək ki, XXI turun əvvəlki oyunlarında “Turan Tovuz”“Zirə”yə, “Araz-Naxçıvan” “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalibgəlib. “Sumqayıt” - “Qəbələ” matçında qapılara qol vurulmayıb –0:0. Turun “Neftçi” – “Qarabağ” görüşü isə təxirə salınıb.

Məqalədə:
Seçilən
8
6
az.trend.az

8Mənbələr