ain.az, sport24.az portalına istinadən məlumat yayır.
"Ayntraxt"ın yarımmüdafiəçisi Mario Götse Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda hücumçu Kriştiano Ronaldo ilə birlikdə oynamaq istədiyini etiraf etdi. Sport24.az xəbər verir ki, almaniyalı futbolçu bu barədə "Tribal Football"a açıqlama verib:
"Seçim imkanım olsaydı, "Əl-Nəsr"ə gedərdim, çünki Kriştiano Ronaldo orada oynayır. Əlbəttə ki, məsələ konkret klubda deyil. Səudiyyə liqası inkişaf edir və bu da vacibdir, xüsusən də gənc oyunçular üçün".
Qeyd edək ki, Götse bu mövsüm "Ayntraxt"ın heyətində bütün turnirlərdə 25 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.