AZ

Dünyada ən çox uşaq doğan QADIN - FOTO

Tarixdə ən çox uşaq dünyaya gətirən qadın kimi tanınan Valentina Vassilyeva ilə bağlı məlumatlar illərdir maraq doğurur.

"Guinness World Records"un qeydlərinə əsasən, 1707-ci ildə anadan olub 1782-ci ildə vəfat etdiyi bildirilən Valentina bu qeyri-adi göstərici ilə rekordçu kimi qəbul edilir.

O, Rusiyanın Şuya şəhərindən olan kəndli Fyodor Vassilyevin ilk həyat yoldaşı olub. Həmin dövrdə doğuşa nəzarət üsullarının olmaması və çoxuşaqlılığın həm dini, həm də sosial baxımdan təşviq edilməsi ailələrin sayca böyük olmasına səbəb olurdu.

Mənbələrə görə, Valentina Vassilyeva ömrü boyu 27 dəfə doğuş edib. O, 16 dəfə əkiz, 7 dəfə üçəm və 4 dəfə dördəm dünyaya gətirərək ümumilikdə 69 uşağın anası olub.

Seçilən
8
5
aznews.az

6Mənbələr