AZ

Rusiya Lvova zərbə endirdi - Ölən və yaralananlar var - FOTO/VİDEO

Fevralın 22-sinə keçən gecə Ukraynanın Lvov şəhərində partlayış baş verib. Hadisə nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları yaralanıb, bir polis həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Lvov meri Andrey Sadovin “Telegram” hesabında məlumat yayıb. Lvov şəhərinin mərkəzində ən azı iki partlayış baş verib. Şəhər Şurasının üzvü İqor Zinkeviçin sözlərinə görə, hadisə Hospitalna küçəsindəki "Maqnus" Ticarət Mərkəzinin yaxınlığında baş verib. Lakin partlayışlar zamanı bölgəyə heç bir həyəcan siqnalı verilməyib.

Mer Sadovinin sözlərinə görə, Lvovda baş verənlər terror aktı olub. Hadisə nəticəsində 15 nəfər yaralanıb.

Lvov Vilayət Prokurorluğu partlayışları terror aktı kimi araşdırır.

 

Bizim.Media

Seçilən
8
5
bizim.media

10Mənbələr