AZ

FİFA nın sabiq prezidenti ABŞ ı və Donald Trampı tənqid edib

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

FİFA-nın keçmiş prezidenti Yozef Blatter ABŞ-dakı immiqrasiya siyasətini və viza qadağalarını, eləcə də ölkənin prezidenti Donald Trampı tənqid edib. Sport24.az xəbər verir ki, sabiq funksioner bu barədə "RMC Sport"a açıqlama verib:

"Bu dünya çempionatının əsas qalibi tamaşaçılar deyil, ABŞ olacaq. Azarkeşlərə viza verməyən ölkədə mundial keçirilməməlidir. ABŞ-ın xaricilərə qarşı böhtan siyasəti var. Və bu, çox pisdir. Bu, futbolun sosial və mədəni dəyəri üçün kədər doğurur.

Tramp FİFA-nın başına gələn ən pis şeydir. Və buna qarşı heç bir arqument yoxdur".

Qeyd edək ki, DÇ-2026 bu yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
sport24.az

1Mənbələr