AZ

İsveç Trampın 15% tarif artımını tənqid etdi

İsveçin xarici ticarət naziri Benjamin Dausa ABŞ prezidenti Donald Trampın bütün ölkələr üçün idxal rüsumlarını 10%-dən 15%-ə qaldırmaq qərarını tənqid edib.

Doğru.az xəbər verir ki, nazir tarif artımı ilə bağlı Dagens Nyheter qəzetinə açıqlamasında “Bu, ticarət siyasətinə ciddi yanaşma deyil” deyə bildirib.

Dausa həmçinin vurğulayıb ki, İsveç ABŞ-dan iqtisadi asılılığını azaltmalıdır. Onun sözlərinə görə, buna ən yaxşı yol İsveç şirkətləri üçün yeni bazarlar tapmaqdır.

Qeyd edək ki, Prezident Tramp daha əvvəl bütün ölkələrə qarşı ticarət tariflərinin 10%-dən 15%-ə qədər artırıldığını elan etmişdi.

DOĞRU.AZ

Seçilən
17
1
dogru.az

2Mənbələr