AZ

"Bu ultimatumu Moskvaya göndərin!" - Ukraynadan ETİRAZ

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Macarıstan və Slovakiyanın Kiyevin neft tədarükünü bərpasından imtina edəcəyi təqdirdə elektrik enerjisi təchizatının dayandırılması ilə bağlı açıqlamalarına münasibət bildirib.

SİA-nın məlumatına görə, bu barədə "RBK-Ukraina" Ukraynanın Xarici İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb. "Macarıstan və Slovakiya hökumətlərini konstruktiv fəaliyyət göstərməyə və məsuliyyətlə davranmağa çağırırıq. Ultimatumlar Kremlə göndərilməlidir, qətiliklə Kiyevə yox", - bəyanatda deyilir.

Nazirliyin məlumatına görə, Rusiyanın şaxtada Ukraynanın enerji sektoruna kütləvi zərbələr endirməsi nəzərə alınmaqla, bu ölkələrin rəhbərliyinin belə hərəkətləri təxribatçı, məsuliyyətsizdir və bütün regionun enerji təhlükəsizliyini təhdid edir.

"Beləliklə, Budapeşt və Bratislava təkcə təcavüzkarın əlinə oynamır, həm də kommersiya əsasında elektrik enerjisi tədarük edən öz enerji şirkətlərinə zərər verirlər", - Xarici İşlər Nazirliyi bildirib.

Mətləb Salahov

Seçilən
17
sia.az

1Mənbələr