AZ

ABŞ qüvvələri “Qəsrək” bazasını təhvil verir

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın Həsəkə vilayətindəki “Qəsrək” bazasını boşaltmağa başlayıb.

Pubıika.az xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat verib.

Yerli medianın məlumatına görə, bu gün ABŞ ordusuna aid 20-dən çox boş yük maşını və hərbi texnikadan ibarət karvan İraq sərhədindən keçərək bazaya doğru hərəkət edib. Nəqliyyat vasitələri təxliyə əməliyyatında istifadə olunacaq.

Seçilən
2
6
publika.az

7Mənbələr