AZ

Boris Conson: Britaniya və müttəfiqləri Ukraynaya dərhal qeyri döyüş bölmələri göndərməlidir

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

London və müttəfiqləri Ukraynaya dərhal qeyri-döyüş bölmələri göndərməlidir.APA xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson bildirib.

Onun sözlərinə görə, bu addım Qərbin qətiyyətini nümayiş etdirə və Rusiya Prezidenti Vladimir Putinə siqnal ola bilər.

Conson potensial sülhməramlı missiya çərçivəsində qüvvələrin yerləşdirilməsi üçün müharibənin başa çatmasını gözləməyə əsas görmədiyini qeyd edib.“Əgər biz müharibədən sonra, Putin atəşkəsə razılaşdıqdan sonra qoşun yeritmək planı hazırlaya biliriksə, bunu niyə indi etməyək?” – deyə o bildirib.

Sabiq Baş nazirin fikrincə, döyüş əməliyyatları dayandırıldıqdan sonra qüvvələrin yerləşdirilməsini nəzərdə tutan “istəklilər koalisiyası” konsepsiyası kifayət qədər qəti deyil.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
apa.az

2Mənbələr