Oxu.az saytına istinadən ain.az xəbər verir.
İran Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) ölkələrinin hərbi dəniz və hərbi hava qüvvələrini terrorçu təşkilat kimi tanıyıb.
Oxu.Az xəbər verir ki, bu qərar Aİ-nin İran İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilatlar siyahısına salmasına cavab olaraq verilib.
İran XİN-in açıqlamasında bildirilir ki, Avropa İttifaqının SEPAH-ı terrorçu təşkilat kimi tanıması qərarı beynəlxalq hüquq və normaların pozulmasıdır. Nazirlik qarşılıqlı prinsiplərə əsaslanaraq, bütün Aİ ölkələrinin hərbi dəniz və hərbi hava qüvvələrini terrorçu təşkilatlar kimi tanıdığını elan edir.
Qeyd edək ki, fevralın 19-da Aİ Şurası SEPAH-ı terrorçu təşkilatlar siyahısına daxil edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.