AZ

Amsterdam hava limanında iki təyyarə toqquşdu

BAKI, 22 fevral. TELEQRAF

Amsterdamın Şiphol hava limanında KLM aviaşirkətinə məxsus iki təyyarə toqquşub.

Teleqraf xəbər verir ki, hadisə ilə bağlı məlumatı Niderlandın milli xəbər agentliyi ANP təsdiqləyib.

İlkin məlumata görə, yedəyə alınan bir təyyarə digəri ilə toqquşub. Hazırda insidentin bütün təfərrüatları araşdırılır, mütəxəssislər hər iki laynerdə texniki baxış keçirirlər.

Məlumata əsasən, reyslərdən biri Afinaya yola düşməyə hazırlaşırmış, digəri isə Böyük Britaniyanın Birmingem şəhərindən yeni enmişdi. Toqquşmadan sonra hər iki təyyarənin sərnişinləri və ekipaj üzvləri terminalın gözləmə zonasına geri qaytarılıb. KLM bildirib ki, cədvəl dəyişikliyindən zərər çəkən bütün sərnişinlər üçün təcili qaydada alternativ reyslər təşkil olunub.

Seçilən
24
teleqraf.com

1Mənbələr