AZ

Bu ölkədə silahlı hücum

Silahlıların Nigeriyanın şimal-qərbindəki Zamfara ştatında yerləşən bir kəndə basqını nəticəsində 38 nəfər öldürülüb.

Publika.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə şənbə günü polis və yerli rəsmilər məlumat veriblər.

Zamfara və digər ştatlarda pul müqabilində adam oğurluğu halları artıb. Silahlı dəstələr və ekstremist qruplaşmalar kəndlərə hücum edir, sakinləri qətlə yetirir, evləri talan etdikdən sonra yandırırlar.

Qeyd olunur ki, silahlı quldur dəstələri yaxınlıqdakı meşələrdə gizlənirlər.

Seçilən
13
publika.az

1Mənbələr