“Vurduğumuz qola qədər oyunumuz yaxşı idi”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Okan Buruk Türkiyə Superliqasının XXIII turunda “Konyaspor”la oyundan danışarkən deyib.
Mütəxəssis komandasının 2:0 hesablı məğlub olduğu matçda hakimlərin səhvə yol verdiyini iddia edib: “Bu gün çox təmiz bir qol ləğv edildi. Həm VAR hakiminin tövsiyəsi, həm də Atilla bəyin epizodu izləməsi nəticəsində, fikrimcə, çox təmiz bir qol hakimlər tərəfindən ləğv olundu. Təbii ki, məğlubiyyətin səbəbi yalnız bu qol deyil. Yəni qolu verməsələr də, nə olursa-olsun, “Qalatasaray”komandası öz gücünü ortaya qoyub oyunu qazanmalı idi”.
Qeyd edək ki, "Qalatasaray" 55 xalla Super Liqada turnir cədvəlinin lideridir.