AZ

Ayaqdakı sızanaqlar heç də məsum deyilmiş Xəstəlik xəbərçisi ola bilər

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bud nahiyəsində yaranan sızanaq bənzəri qabarcıqlar çox vaxt adi dəri problemi hesab olunsa da, tibb mütəxəssisləri bunun arxasında daha fərqli səbəblərin dayandığını bildirirlər. Gündəlik həyatda tez-tez rast gəlinən, lakin bir çox insanın danışmağa çəkindiyi bu problem həm estetik narahatlıq yaradır, həm də fiziki ağrılara yol açır. Həkimlərin fikrincə, bu qabarcıqların altında yatan fərqli amilləri müəyyən etmək müalicə müddətini sürətləndirir.Demokrat.az xəbər verir ki, bu nahiyədəki qızartılar hər zaman klassik sızanaq olmur. Əksər hallarda dar geyimlər, uzun müddət oturmaq və həddindən artıq tərləmə nəticəsində tük kökləri iltihablanır. Bu proses tibbi dildə folikülit adlanır və ağrılı qabarcıqlara səbəb olur. Digər geniş yayılmış səbəb isə dərinin kələ-kötür görünməsinə yol açan keratoz pilaris vəziyyətidir. Dəridə keratin maddəsinin toplanması ilə yaranan bu pütürlər adətən zərərsiz olsa da, vizual olaraq narahatlıq doğurur.Gigiyena qaydalarına riayət etmək bu problemin həllində əsas addımdır. İstifadə olunan sabun, duş geli və ya sintetik parçalar dərini qıcıqlandıraraq allergik reaksiyalara zəmin yarada bilir. Daha böyük və ağrılı şişkinliklər isə bakterial infeksiya nəticəsində yaranan çibanlardan qaynaqlanır. Bu cür yaralar bəzən öz-özünə sağalsa da, ağırlaşdığı hallarda mütləq həkim müdaxiləsi tələb olunur.Problemin qarşısını almaq üçün dərini təmiz və quru saxlamaq ən vacib şərtdir. Sintetik parçalar əvəzinə pambıq tərkibli və bol geyimlərə üstünlük vermək sürtünməni azaldır. Xüsusilə idmandan sonra tərləmiş paltarlarla uzun müddət qalmamaq mütləqdir. Müntəzəm nəmləndirmə və dərini zədələməyən təmizlik vasitələrindən istifadə dərinin daha hamar görünməsinə kömək edir. Səpkilər tez-tez təkrarlanırsa, dermatoloqa müraciət etmək ən doğru addımdır.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
demokrat.az

1Mənbələr