AZ

Həkimdən vacib xəbərdarlıq – Soyuq havada…

Havaların soyuyandan bəri virus infeksiyaları özünü göstərməyə başlayıb. Qış fəslində belə infeksiyalardan qorunmaq üçün bir çox məsələlərə diqqət etmək lazımdır.

Yüksək hərarət, yuxarı tənəffüs yollarının iltihabı, əzələ və baş ağrıları qrip virusu, qrip virusunun epidemik formaları və s virusların ilkin əlmətləridir. Soyuq havalarda infeksiyaların aktıv dövrü olduğu deyilir. Bu zaman əksər insanlarda eyni əlamətlər müşahidə olunur. Qrip və digər infeksiyalara yoluxmaqdan qorunmaq üçün həm qidalanmaya, həm də gigiyenaya diqqət ətmək lazlazımdı

Məsələ haqda NOCOMMENT.az-a danışan terapevt Günay Lətifova deyib ki, soyuq hava əksinə virusları zəiflədir:

“Lakin immunitetdən asılı olaraq, hər insan orqanizminə fərqli təsir edir. İmmun sistemi aşağı olanda, soyuq orqanizmə mənfi təsir göstərir. Bu, virusun yayılması ilə bağlı deyil”.

“Əksinə soyuq hava virusu azaldır. Ona görə də insanlar “qarlı hava virusu öldürür” ifadəsini işlədir. Amma immun sistemi aşağı olanda soyuqdəymə halları baş verir. Yəni qrip və daxili orqanların soyuqlaması qeydə alınır. Bu zaman xroniki xəstəliklər də dərinləşir. Odur ki, soyuq havalarda immun sistemini gücləndirməli və özümüzü qorumalıyıq. Narahatlıq baş verərkən isə həkimə müraciət etməli və özbaşına müayinələrdən qaçmalıyıq”, – həkim yekunlaşdırıb.

Tunar
NOCOMMENT.az

Seçilən
12
nocomment.az

1Mənbələr