AZ

Köhnə işçinin fotosu müdürü həbsə apardı

Türkiyədə sosial media paylaşımı ilə bağlı diqqət çəkən məhkəmə qərarı qüvvəyə minib.

NOCOMMENT.az xəbər verir ki, Ali Məhkəmə işdən ayrılan keçmiş əməkdaşının fotosunu onun sosial şəbəkə hesabından götürərək öz səhifəsində paylaşan işəgötürənə verilmiş cəzanı təsdiqləyib.

Araşdırma zamanı məlum olub ki, işçi guya şantaj məqsədilə pul tələb edib. Lakin məhkəmə qeyd edib ki, belə iddia işəgötürənə şəxsi məlumatı yaymaq hüququ vermir və foto paylaşılması “şəxsi məlumatları qanunsuz olaraq vermə və ələ keçirmə” cinayəti sayılır.

Nəticədə müdür barəsində çıxarılan 10 ay həbs cəzası qüvvədə saxlanılıb. Qərarda xüsusilə vurğulanıb ki, sosial mediada açıq yerləşdirilən foto belə, sahibinin icazəsi olmadan başqa hesabdan paylaşılarsa cinayət məsuliyyəti yaradır.

Seçilən
12
nocomment.az

1Mənbələr