AZ

Zelenski: Rusların ucbatından danışıqlarda heç bir əhəmiyyətli nəticə yoxdur

BAKI, 21 fevral. TELEQRAF

Ukrayna münaqişənin həlli üzrə danışıqların növbəti mərhələsinin nəticə verməsi üçün hər gün çalışır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yayımladığı videomüraciətdə bildirib.

Siyasətçi vurğulayıb ki, Kiyev heç bir halda sülh yolunda dayanmayacaq.

"Sonuncu dəfə Cenevrədə Amerika tərəfi aydın şəkildə gördü ki, məhz ruslar üzündən indiyə qədər heç bir əhəmiyyətli nəticə əldə edilməyib", - deyə dövlət başçısı bildirib.

O, Rusiyanı növbəti danışıqlarda sülh fürsətini qaçırmamağa çağırıb.

Zelenski danışıqlara hazırlıq məsələlərini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla müzakirə etdiyini bildirib. O, gələn həftə avropalı tərəfdaşlarla görüşlərin onların "bütün proseslərə" cəlb olunmasına kömək edəcəyini qeyd edib: "Mən həmçinin Rüstəmə Yaxın Şərq və Türkiyədəki dostlarımızla daha sıx əməkdaşlıq etməyi tapşırmışam ki, onlar da özlərini proseslərə cəlb olunmuş hiss etsinlər və daha çox kömək edə bilsinlər".

Seçilən
13
2
teleqraf.com

3Mənbələr