Türkiyə Superliqasının 28-ci turunda lider "Qalatasaray" səfərdə "Konyaspor"la qarşılaşıb.
"Yeni Sabah" xəbər verir ki, oyun Konya şəhərinin təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0.
"Konyaspor"un heyətində Adil Demirbağ 75-ci, Blaz Kramer 81-ci dəqiqədə fərqlənib.
Beləliklə, "Qalatasaray" Superliqada 2-ci məğlubiyyətini yaşayıb. 55 xalla lider olan "cim-bom"u 52 xalla 1 oyun az keçirən "Fənərbaxça" izləyir.
Telegram kanalımız